Tibbi xəbərlər
Xolesterol səviyyəsini aşağı salmaq üçün 8 günlük məşq:
Tibbi xəbərlər

Xolesterol səviyyəsini aşağı salmaq üçün 8 günlük məşq: 30 dəqiqə kifayətdir

Yüksək xolesterol bir çox insanı narahat edir, çünki bu, ürək xəstəliyi və digər sağlamlıq problemləri riskini artırır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək xolesterinin dünyada 2,6 milyon insanın ölümünə səbəb olduğu təxmin edilir.

E-saglam.az xəbər verir ki, pəhriz böyük rol oynasa da, məşq xolesterol səviyyələrini idarə etmək və bədəni toksinlərdən təmizləmək üçün eyni dərəcədə vacibdir. Daimi məşq maddələr mübadiləsini sürətləndirir, qan dövranını yaxşılaşdırır və zərərli maddələri çıxarır. Xolesterolu təbii şəkildə azaltmaq və bədəninizi zərərsizləşdirmək üçün sadə məşqlər axtarırsınızsa, gündəlik işinizə əlavə edə biləcəyiniz 8 təsirli variantı təqdim edirik.

1. Sürətli gəzinti – Gündə 30 dəqiqə orta və sürətli templə gəzmək LDL-ni azaltmağa və HDL-ni artırmağa kömək edir.

2. İplə tullanma – Qan dövranını yaxşılaşdırır, ürəyi gücləndirir və toksinlərin bədəndən atılmasını sürətləndirir. 5-10 dəqiqə ilə başlayıb müddəti artırın.

3. Velosiped sürmə – LDL-ni azaldır, həzmi yaxşılaşdırır və böyrək funksiyasını dəstəkləyir. Gündə 20-30 dəqiqə velosiped sürün.

4. Üzgüçülük – Qan axınını artırır, stresi azaldır və ağciyər tutumunu yaxşılaşdırır. Həftədə bir neçə dəfə 20 dəqiqə üzmək faydalıdır.

5. Yoqa – Qaraciyər funksiyasını yaxşılaşdırır və qan dövranını tənzimləyir. Cobra Pose, Bridge Pose və nəfəs məşqlərini sınaqdan keçirin.

6. Güc təlimi – Ağırlıq qaldırmaq və ya bədən çəkisi ilə edilən məşqlər maddələr mübadiləsini sürətləndirir və yağ yandırmağa kömək edir. Həftədə 3-4 dəfə edin.

7. Rəqs – Ürək sağlamlığını dəstəkləyir, tərləməni təşviq edir və stresi azaldır. Zumba, aerobika və ya sərbəst rəqs seçin.

8. Dərin nəfəs və dartınma – Oksigen axınını artırır, həzmi yaxşılaşdırır və stressi azaldır. Səhərlər 10 dəqiqə tətbiq edin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun