Tibbi xəbərlər
Xətai Tibb Mərkəzinin həkimləri 15 yaşlı uşağı
Tibbi xəbərlər
1274

Xətai Tibb Mərkəzinin həkimləri 15 yaşlı uşağı ölümdən xilas etdilər

Xətai Tibb Mərkəzində 15 yaşlı uşaq ölümdən xilas olunub. 

Bu barədə E-saglam.az-a Xətai Tibb Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 15 yaşlı Tahir Mehdili Füzuli rayonundan Xətai Tibb Mərkəzinə qida borusunun qanaxması ilə gətirilib. Vəziyyəti çox ağır və ümidsiz olub. Pasiyenti təcili müdaxilə ilə vəziyyətdən çıxaran uşaq cərrahı Cavid Dadaşov onun qida borusunda vorikoz genişlənmə aşkar edib.

Eyni vəziyyət və diaqnozla uşaq 2021-ci ildə  müalicə olunub. 2024-cü ildə təkrarlanan qanaxma dayandırılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur. Müəyyən müayinələrdən sonra ikinci mərhələdə Tahir Mehdini əməliyyat gözləyir. Onu uşaq cərrahı, tibb elmləri doktoru, əməkdar həkim Gündüz Ağayev həyata keçirəcək.

 E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun