Xəstəliklər
Xəstəxanalarda psixoloji sağlamlıq sahəsində ehtiyac olan mütəxəssislərin sayı açıqlanıb
Xəstəliklər
117

Xəstəxanalarda psixoloji sağlamlıq sahəsində ehtiyac olan mütəxəssislərin sayı açıqlanıb

Azərbaycanın xəstəxanalarında psixoloji sağlamlıq sahəsində vakant olan mütəxəssis yerlərin sayı açıqlanıb.

E-saglam.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib ki, hazırda Səhiyyə Nazirliyinin sistemində 31, TƏBİB-in sistemində isə 32 kliniki psixoloq var.

O bildirib ki, hər rayon üzrə psixoloqun təmin edilməsi üçün Səhiyyə Nazirliyinə 24, TƏBİB-də isə 59 kliniki psixoloq lazımdır.

"Psixiatrların sayına gəlincə, Səhiyyə Nazirliyinin sistemində onların sayı 153, TƏBİB-in sistemində isə 48-dir. Ştat cədvəlinə əsaslanan vacib ehtiyac sayı 99-dur. Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri üzrə 76, TƏBİB üzrə isə 23 psixiatra ehtiyac var".

Mənbə: Report

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun