Tibbi xəbərlər
Xəstəxanada səs-küy salan həkim
Tibbi xəbərlər
294

Xəstəxanada səs-küy salan həkim 100 manat cərimələndi

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cəlb edilib.

E-saglam.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, xəstəxananın həkim-stomatoloqu 1985-ci il təvəllüdlü Rəsul Kərimov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Məlum olub ki, həkim iş vaxtı xəstəxananın mühafizəçisinə davranışları ilə bağlı söz atıb və aralarında münaqişə yaranıb. Münaqişə zamanı təhqiramiz ifadələr işlədilib.

Mühafizəçinin şikayəti əsasında stomatoloq barəsində tədbir görülüb və o saxlanılıb.

Saxlanılan həkim daha sonra Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun