
Rusiyanın Buryatiya Onkoloji Dispanserində xəstədən 8 kiloqram ağırlığında olan retroperitoneal şiş çıxarılıb.

E-saglam.az xəbər verir ki, Dispanserə dediklərinə görə, altı ay əvvəl qadın sol tərəfində sərt bir şey hiss etdi: hərəkət etdi və narahatlığa səbəb oldu.
Buryatiya sakini təşvişə düşüb və Moskva klinikalarından birinə, sonra isə Tomsk tibb müəssisəsinə gedib. Həkimlər formasiyanın olduğunu təsdiqləsələr də, əməliyyatdan imtina ediblər.
Evə qayıtdıqdan sonra xəstə onkoloji klinikaya müraciət edib.
"Onkoloqlar tam diaqnostika aparıblar və 8 kiloqramlıq şişi retroperitoneal boşluqdan çıxarmağa başlayıblar", - səhiyyə müəssisəsindən bildirilib.
Hazırda xəstə özünü əla hiss edir və heç nəyin onu narahat etmədiyinə sevinir. Şiş histologiyaya göndərilib.
Tərcümə: Könül Oruc