Yandex watch
Xəstənin qarnında unudulan cərrahi alət 18 aydan sonra çıxarıldı

Xəstənin qarnında unudulan cərrahi alət 18 aydan sonra çıxarıldı.

Emlakbazari.az

Yeni Zelandiyada qarnında cərrahi alət unudulan qadın 18 aydan sonra əməliyyat olunub.

E-saglam.az xəbər verir ki, Oklend şəhərində 2020-ci ildə keysəriyyə əməliyyatı olunan qadının qarnında cərrahi alət unudulub.

Unudulmuş alət doğuşdan təxminən 18 ay sonra qadının qarnından çıxarılıb.

Qadın qarın nahiyəsində şiddətli ağrılardan şikayətlənərək bir neçə dəfə həkimə, o cümlədən təcili yardıma müraciət etdikdən sonra qarın boşluğunun KT müayinəsində alət aşkarlanıb.

Müayinələrdən sonra Oklend Rayon Səhiyyə Şurasının xəstə hüquqları qaydalarını pozduğuna qərar verilib./bakupost