Tibbi xəbərlər
"Xəstələrdən əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır" -
Tibbi xəbərlər
320

"Xəstələrdən əlavə ödənişlərin tələb edilməsi cinayət tərkibi daşıyır" - TƏBİB sədri

Xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır.

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə deyib.

O, bildirib ki, tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur.

"Müvafiq instansiyalarla birgə və eləcə də daxili nəzarət tədbirləri nəticəsində belə hallarla ciddi mübarizə aparılır və qəti tədbirlərimiz bundan sonra da davam etdiriləcək. Doğum evlərində, cərrahi əməliyyatlar və stasionar xidmət zamanı göstərilən tibbi xidmət müqabilində xəstələrdən əlavə ödənişlərin tələb edilməsi yolverilməzdir və cinayət tərkibi daşıyır" - deyə TƏBİB-in İcraçı direktoru vurğulayıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun