Xəstəliklər
Xəstə olanda necə qidalanaq ki,
Xəstəliklər

Xəstə olanda necə qidalanaq ki, tez sağalaq?

"Epidemiyalar indi hamımız üçün narahatlıq mənbəyinə çevrilib. Xəstəliyin girmədiyi ev demək olar ki, yoxdur. Müntəzəm dərman istifadəsi və sağlam qidalanma ilə bir çox epidemiyaya qarşı tədbir alına bilər".

E-saglam.az xəbər verir ki, bu sözləri Qidalanma və Pəhriz Mütəxəssisi Mehlika Öktem deyib. O, xəstə olarkən düzgün qidalanma ilə bağlı tövsiyələr verib

C vitamini əhəmiyyətlidir

Vitamin C ən yaxşı antioksidant xüsusiyyətlərə malikdir. Sitrus meyvələri çox yaxşı C vitamini mənbəyi kimi tanınır.

Həmçinin qırmızı bibər portağaldan təxminən 3 dəfə çox C vitamini ehtiva edir. Səhər yeməyində omletlərinizə əlavə edə bilərsiniz. 

C vitamini pomidor, arugula, nar, kivi, naringi, qreypfrut və qızılgül kimi qidalarda da yüksəkdir. Xəstə olduğunuz zaman, infeksiya ilə mübarizə aparmaq üçün immunitet sisteminizin kifayət qədər gücləndirilməsi çox vacibdir.

Gündəlik su ehtiyacınızı hesablamaq üçün kiloqramdakı çəkini 30-35 ml-ə vura bilərsiniz. Bundan əlavə, sidiyin rəngi nə qədər tünd olarsa, demək ki bədən susuz qalıb. Ona görə də, çox su içmək lazımdır.

Bitkilərin gücü

Bədənin su ehtiyacını ödəməyin ən yaxşı yollarından biri də bitki çaylarıdır. Onlar antioksidant və ya rahatlaşdırıcı təsir göstərən bir çox bitki birləşmələrini ehtiva edir. Qrip və soyuqdəymə dedikdə, bəlkə də ağlımıza ilk gələn otlardan biri də exinaseya olmalıdır. Tədqiqatlar göstərir ki, exinaseya soyuqdəymə riskini azalda bilər və xəstəliyə tutulduqdan sonra simptomları yaxşılaşdıra bilər.

Əgər ürəkbulanma və davamlı öskürək varsa, nanə çayı seçə bilərsiniz. Çobanyastığı, şüyüd, limon balzamı kimi sakitləşdirici çaylar xəstəlik zamanı dincəlməyə kömək edir.

Bunların xaricində zəncəfil, yaşıl çay və limonlu çay kimi seçimlərdən də faydalana bilərsiniz.

Xəstəliklərdən qoruyan qidalar

Təbii antibiotik qidaları olaraq bilinən soğan və sarımsaq doğru seçim bilər. Tərkibindəki allisin və digər kükürd birləşmələri sayəsində mikroblarla mübarizədə çox təsirli olur, iltihab əleyhinə, bakteriya və göbələk əleyhinə təsir göstərir.

Zəncəfil yaxşı bir qoruyucu vasitə ola bilər.

Kefir immunitet sisteminə müsbət təsir göstərir.

Unudulmamalıdır ki, yaxşı qidalanma orqanizmin xəstəliklərlə mübarizə qabiliyyətini artıra və sağalma prosesini sürətləndirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun