Tibbi xəbərlər
Xərçəngə qalib gəldi, 10 yaşında yazdığı kitabla
Tibbi xəbərlər
160

Xərçəngə qalib gəldi, 10 yaşında yazdığı kitabla xəstələrə ümid oldu

Diyarbəkirdə yaşayan Səhər Karakuşun 8 yaşında sol ayağında şiş aşkarlanıb.

E-saglam.az-ın məlumatına görə, kimyaterapiya və iki əməliyyata baxmayaraq Səhərin vəziyyəti pisləşib. İnfeksiya onun ayağını iflic edib və yeriyə bilməyib. Həkimlər amputasiya tövsiyə edib və ailəsi onu Ankaraya, özəl xəstəxanada müalicəyə gətirib. Xəstəxanada üçüncü əməliyyat zamanı şiş tamamilə çıxarılıb. Onun ayağındakı şişdən yaranan 25 santimetr uzunluğu 10 santimetrə enib. Ayağa qalxan Səhər qoltuqağacı ilə yeriməyə başladı.

Xəstələrə ümid olmaq üçün kitab yazdı

Xəstəxanada keçirdiyi günlərdə gündəlik yazan Seher, bibisinin təşviqi ilə 10 yaşında ilk kitabını yazmağa başlayıb. Hazırda ikinci kitabını yazır və digər xəstələrə motivasiya vermək istədiyini bildirir.

Həkimlər: “İrəliləyiş çox yaxşıdır”

Səhərin həkimi Prof. Dr. Şefik Murat Arıkan bildirib ki, Səhər əvvəllər yataq xəstəsi olsa da, artıq ayağa qalxıb və gələcəkdə köməksiz yeriyə biləcək. Cərrah Sinan Yılmaz da xərçəngin tam sağaldığını və artıq Səhərin gündəlik həyata qayıtmaq yolunda olduğunu deyib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun