Tibbi xəbərlər
Xərçəngdən qoruyan, metastazın qarşısını alan tərəvəzlər -
Tibbi xəbərlər
471

Xərçəngdən qoruyan, metastazın qarşısını alan tərəvəzlər - Kələm, turp, şalğam...

Kələm, brokkoli, turp, şalğam, gül kələmi kimi tərəvəzlərin müntəzəm istifadəsi bir neçə xərçəng növünün inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.

E-saglam.az-ın "UK Express" nəşrinə istinadla verdiyi məlumata görə, bu barədə britaniyalı diyetoloq Toral Şah bildirib.

O, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin heyrətamiz xüsusiyyətlərini açıqlayıb.

"Xaççiçəklilər fəsiləsindən olan tərəvəzlərin sirri onların zəngin tərkibindədir. Onlar həzm sisteminin işini stimullaşdıran və faydalı bağırsaq bakteriyaları üçün qida olan böyük miqdarda lif ehtiva edir. Bu, ən geniş yayılmış onkoloji xəstəliklərdən biri olan bağırsaq xərçənginin qarşısının alınmasında əsas rol oynayır", - deyə mütəxəssis bildirib.

Mütəxəssisin sözlərinə görə, xaççiçəklilər fəsiləsindən olan tərəvəzlər, həmçinin vitaminlər, minerallar və karotinoidlərin qiymətli mənbəyidir.

"Onların istifadəsi zamanı orqanizmdə indol və sulforafan kimi aktiv birləşmələr əmələ gəlir. Bu maddələr iltihabəleyhinə xüsusiyyətləri və metastazların qarşısını alma qabiliyyəti sayəsində xərçəng riskini azaltmağa kömək edir", - deyə həkim vurğulayıb.

Statistika göstərir ki, xaççiçəklilər fəsiləsindən olan tərəvəzləri müntəzəm olaraq qida rasionuna daxil edən insanlar bu məhsulları qəbul etməyənlərlə müqayisədə 20-40% daha az onkoloji xəstəliklərə məruz qalırlar.(Oxu.Az) 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun