Tibbi xəbərlər
Xərçəng xəstəliyinə tutulma qorxusunun
Tibbi xəbərlər
67

Xərçəng xəstəliyinə tutulma qorxusunun səbəbi və çarəsi açıqlandı

Onkoloq Suna İsakova xərçəng xəstəliyinə tutulmaq qorxusunun – kanserofobiyanın – insan psixikasına ciddi təsir göstərə biləcəyini açıqlayıb.

E-saglam.az xəbər verir ki, o bildirib ki, bu qorxu çox vaxt yaxın qohumlarda və ya dostlarda xərçəng diaqnozunun olması, şəxsi travmatik təcrübələr və ya narahatlıq meyli səbəbindən inkişaf edir.

Mütəxəssisin sözlərinə görə, kanserofobiyası olan insanlar saatlarla internetdə simptom axtarır, daim həkimə müraciət edir və yalnız müvəqqəti rahatlıq əldə edirlər. Bəzən isə əksinə, real ehtiyac olsa belə, xəstəxanaya getməkdən imtina edirlər.

İsakova xəbərdarlıq edib ki, bu vəziyyət zamanla panik atak, depressiya, sosial təcrid və yuxu pozğunluqlarına səbəb ola bilər. Onun sözlərinə görə, əsas problem obyektiv tibbi göstərişlər olmadan müayinələrə üz tutmaq və ya lazım olan vaxt həkimə getməməkdir.

Əgər onkoloqun müayinəsi zamanı bədxassəli şiş aşkarlanmırsa, mütləq psixoterapevtə müraciət edilməlidir. Bu halda zehni-davranışçı terapiya, dərman müalicəsi və ya hər ikisinin birləşməsi effektiv nəticə verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun