Xəstəliklər
Xərçəng xəstəliyi şişlərinin məhvi üçün radioaktiv gel hazırlanıb
Xəstəliklər
187

Xərçəng xəstəliyi şişlərinin məhvi üçün radioaktiv gel hazırlanıb

Amerika və Hindistan alimləri çətin məhv edilən şişləri yox etmək üçün radioaktiv zülal əsaslı gel təqdim ediblər.

E-saglam.az xəbər verir ki, tədqiqatın nəticələri “Nature Biomedical Engineering”də açıqlanıb.

Qamma radiasiyaya əsaslanan və ya sürətlənmiş hissəciklərdən (protonlar, neytronlar və başqaları) istifadə edilən radioterapiyanın mövcud üsulları xərçəng xəstəliyi şişlərinə, lakin eyni zamanda sağlam hüceyrələrə mənfi təsir göstərir. Yeni kəşf qonşu toxumalara nüfuz etmədən neoplazmalara nöqtəli təsir göstərməyə imkan verəcək.

 

Gel zülal-elastindən, həmçinin yod-131-dən ibarətdir. Birləşmənin qeyri-sabit nüvələri parçalanma zamanı beta radiasiya yayır, bu da qamma şüaları kimi dərinliyə nüfuz etmir. Bundan əlavə, elastin otaq temperaturunda maye olaraq qalır, lakin bədənə daxil edildikdən sonra qızdırıldıqda gelə bənzər bir toxuma alır.

Yeni kəşf xərçəng hüceyrələri ilə implantasiya edilmiş siçanlar üzərində aparılan təcrübələr zamanı subyektlərin 80 faizində şişləri tamamilə məhv edib.

Mənbə: Report

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun