Xəstəliklər
Xərçəng və ürək xəstəliklərinə qarşı gözlənilməz məhsul
Xəstəliklər

Xərçəng və ürək xəstəliklərinə qarşı gözlənilməz məhsul AÇIQLANIB

Mama-ginekoloq Neetu Bajekal bildirib ki, soyanın müntəzəm istehlakı xərçəng və ürək xəstəliklərinin bir neçə aqressiv forması riskini azaldır.

E-saglam.az xəbər verir ki, həkim soyanın gözlənilməz faydalarını tərkibindəki bitki estrogeninin olması ilə izah edib. O, bu maddəni sümüklər və ürək üçün faydalı adlandırıb.

Bundan əlavə, o, çəki azaltmağa və menopoz zamanı qızdırmaların intensivliyini azaltmağa kömək edir və xərçəngin qarşısının alınmasında da təsirlidir.

Uşaqlıq və erkən yetkinlik dövründə soya istehlak edənlərin aqressiv prostat xərçəngi, həmçinin kolon, yumurtalıq, uşaqlıq yolu, döş və qaraciyər xərçəngi riski 25 faiz azalır.

Eyni zamanda həkim xəbərdarlıq edib ki, soya qalxanabənzər vəzi xəstəliklərinə qarşı dərmanların effektivliyini azaldır, ona görə də onlar varsa, bu məhsulu ehtiyatla yemək lazımdır. Bunun baş verməməsi üçün mütəxəssis müvafiq dərmanları qəbul etdikdən ən azı dörd saat sonra soya məhsulları yeməyi məsləhət görüb.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun