Tibbi xəbərlər
Xərçəng riskini azaltmaqda təsiri böyükdür!
Tibbi xəbərlər
372

Xərçəng riskini azaltmaqda təsiri böyükdür! 9-26 yaş arasında edilməlidir

Uşaqlıq boynu xərçəngi əsasən HPV (human papilloma virus) infeksiyasından qaynaqlanır. Erkən diaqnoz və profilaktik tədbirlər bu xəstəliyin qarşısını almaqda mühüm rol oynayır.

E-saglam.az xəbər verir ki, uşaqlıq boynu xərçəngi erkən mərhələlərdə simptomlar göstərməyə bilər, lakin irəlilədikcə aşağıdakı əlamətlər görünə bilər:

- cinsi əlaqə zamanı qanaxma və ya ağrı

- çanaq nahiyəsində ağrı

- qoxulu və qanlı vaginal axıntı

Skrininq və erkən diaqnoz

Pap smear və HPV DNT testləri ilə erkən mərhələdə lezyonlar aşkar edilərək xərçəngin qarşısı alına bilər. 21 yaşdan başlayaraq hər 3 ildən bir, 30 yaşdan sonra isə hər 5 ildən bir skrininq tövsiyə edilir.

HPV peyvəndi

HPV peyvəndləri uşaqlıq boynu xərçəngi riskini əhəmiyyətli dərəcədə azaldır. Peyvənd 9-26 yaş arasında tövsiyə olunur. 15 yaşa qədər iki doza, 15 yaşdan yuxarı isə üç doza tələb olunur. HPV peyvəndləri xəstəliyin profilaktikasında mühüm vasitədir və mütəmadi olaraq tətbiq edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun