Xərçəngin erkən mərhələlərində aşkarlanması həyati əhəmiyyət daşıyır. Lakin bəzən adi hesab edilən simptomlar ciddi xəstəliyin xəbərçisi ola bilər.
E-saglam.az xəbər verir ki, yeni araşdırmalar göstərir ki, davamlı qaşınma xərçəng riski ilə əlaqələndirilə bilər.
Qaşınma və xərçəng arasında əlaqə
Cons Hopkins və Münster Universiteti alimlərinin araşdırmasına görə, qaşınma bəzi şişlərin ilk əlaməti ola bilər. Tədqiqatda qaşınma ilə müraciət edən xəstələrin xərçəng inkişaf riski 6 dəfə daha yüksək olub.
Qaşınma zamanı ən çox görülən şiş növləri
- Qaraciyər və öd yolları
- Qanyaradıcı sistem
- Dəri şişləri
- Leykoz və bronxial karsinoma kimi xəstəliklərdə qaşınma simptomu xüsusilə diqqət çəkir.
Belə ki, davamlı qaşınma ilə üzləşirsinizsə, bu əlaməti laqeyd yanaşmayın və mütləq həkimə müraciət edin. Erkən diaqnoz həyat qurtara bilər.
Könül Oruc