Xəstəliklər
Xərçəng fobiyasına qalib gəlmək üçün təsirli üsullar
Xəstəliklər

Xərçəng fobiyasına qalib gəlmək üçün təsirli üsullar açıqlanıb

Klinik psixoloq Natalya İvanova bildirib ki, xərçəng fobiyası (onkofobiya) artıq xərçəng xəstəsi olan insanlarda və ya yaxınları bu xəstəliklə qarşılaşanlarda inkişaf edir.

E-saglam.az xəbər verir ki, o, bu ümumi fobiyanın aradan qaldırılmasının effektiv üsullarını açıqlayıb.

Mütəxəssis qeyd edib ki, xərçəngə tutulma qorxusu bir çox səbəblərdən yaranır: yaxın qohumlar arasında xərçəngə yoluxma halları, səbəblərin qeyri-müəyyənliyi və xəstəliyin inkişafının proqnozlaşdırıla bilməməsi, uzun, çətin və bahalı müalicə və ölümlə nəticələnməsi səbəbindən.

Eyni zamanda, İvanovanın fikrincə, xərçəng fobiyası olan insan fərqli davrana bilər. Bəzi insanlar vərdişlərini dəyişmir və hərəkətlərinə nəzarət etmirlər, lakin onların ağlına müntəzəm olaraq xəstələnmək ehtimalı haqqında fikirlər gəlir.

Kimsə xəstəliyi müəyyən etmək üçün daim tibbi müayinələrdən keçməyə başlayır. Hətta həkim onlara xərçəng olmadığını bəyan etsə də, bu qorxu onlardan getmir. Digər bir vəziyyət isə, fobiyası olanların qaçma strategiyasından istifadə etməsidir. Belə ki, əgər narahatlıq üçün səbəblər olsa belə, həkimə getməkdən imtina edirlər. Bu vəziyyətdə həmin şəxs, diaqnozu eşitməkdən çox qorxur, əsəbi cəhalət və təxminlərdə qalmağa üstünlük verir.

Klinik psixoloqun fikrincə, xəstəliyin başlanğıcının qarşısını almaq üçün ən effektiv üsullardan biri insanın sağlam həyat tərzinə başlamasıdır.

Onkofobiya ilə bir insan yuxusuzluq, titrəmə, ürək döyüntüsünün artması və digər xoşagəlməz simptomlardan şikayət edə bilər. Bundan əlavə, xərçəng fobiyası bir insanın davranışlarına təsir edərək həyatını çətinləşdirir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun