Tibbi xəbərlər
XƏBƏRDARLIQ – Uzun müddətli maqnit fırtınası gözlənilir
Tibbi xəbərlər

XƏBƏRDARLIQ – Uzun müddətli maqnit fırtınası gözlənilir

Mayın 12-də planetimizi uzun müddətli bir maqnit fırtınası əhatə edəcək.

E-saglam.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, o, demək olar bir həftə davam edəcək. Geomaqnit narahatlığı mayın 13-14-də zirvəyə çatacaq.

Fırtına G1 və G2 səviyyəsində olacaq. Bu isə o deməkdir ki, meteohəssas insanların sağlamlığına mənfi təsir göstərəcək.

Mayın 28-də də güclü maqnit fırtınası gözlənilir.

Sağlamlığınızı necə qorumalı?

Maqnit fırtınaları ürək-damar sisteminə ən çox təsir edir, buna görə qan dövranını yaxşılaşdırmaq üçün fiziki fəaliyyət lazımdır. Səhər məşqləri ilə bunu təmin edə bilərsiniz.

Qanı oksigenlə doydurmaq üçün gün ərzində tənəffüs məşqləri etmək məsləhətdir.

Günəşli havada az durmağınız da lazımdır. Spirtli içkilərdən və tütün məhsullarından istifadədən imtina etməyiniz, qida rasionunuza nəzarət, vitaminlər içmək, vaxtında yatmaq da məsləhət görülür./lent.az/

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun