Yandex watch
Xatırlamaq üçün yeni ümid:

İspan alimləri tərəfindən hazırlanmış yeni qan testi Alzheimer xəstəliyini hələ simptomlar üzə çıxmadan müəyyən etməyə imkan verir. Bu inqilabi yanaşma erkən diaqnoz və vaxtında müdaxilə baxımından böyük əhəmiyyət daşıyır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Hospital del Mar Araşdırma İnstitutu və Barselona Beta Beyin Araşdırma Mərkəzinin (BBRC) alimləri Alzheimer riskini müəyyən etmək üçün istifadə edilən “phospho-tau217” biomarkerinin xəstəliyin ilkin mərhələlərində də yüksək dəqiqliklə işlədiyini sübut ediblər.

İsveçdə 1767 nəfər üzərində aparılan genişmiqyaslı təhlil bu biomarkerin idrak pozğunluqları göstərən insanlarda da dəqiq nəticələr verdiyini ortaya qoyub. Test erkən mərhələdə effektivlik göstərməklə əlavə və baha başa gələn müayinələrin ehtiyacını da azalda bilir.

Tədqiqatın müəlliflərindən Dr. Marc Suarez-Calvet bildirib ki, bu biomarkerin iki fərqli həddi müəyyən edilib və aralıqda qalan hallarda əlavə testlər tələb oluna bilər. O, eyni zamanda test nəticələrinin yalnız mütəxəssis tərəfindən dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Araşdırmalar göstərir ki, bu yeni üsul Alzheimer diaqnozunda 60-81 faiz aralığında maliyyə qənaəti təmin edə bilər. Lakin testin geniş tibbi praktikada tətbiqi üçün hələ əlavə elmi sübutlara ehtiyac var.

Tərcümə: Könül Oruc

E-saglam.az