Xalq artisti: "Son vaxtlar aptekləri varlandırmaqla məşğulam
Xalq artisti: "Son vaxtlar aptekləri varlandırmaqla məşğulam

"Yubileyimdən sonra elə bil gözə gəldim. Ancaq aptekləri varlandırmaqla məşğulam. O qədər çox xəstələnirəm ki, bütün qazancımı iynə-dərmana verirəm".

E-saglam.az xəbər verir ki, bu sözləri Hit.az-a Xalq artisti aktrisa Naibə Allahverdiyeva deyib.

"Dalbadal qrip oldum. Əslində bu qrip deyil, nədirsə təhlükəli virusdur. Ayaq ağrılarımla məşğul idim, virus, qızıdırma o dərdimi unutdurdu. Gərək Çildağa gedəm. Yoxsa bu qədər xəstələnməyimə ayrı məna vermək olmaz. Yorğun salıb xəstəliklər məni", deyə aktrisa vurğulayıb.

E-saglam.az