"Vita Aptekləri" MMC aptek təşkilatlarına dair tələbləri pozduğuna görə cərimələnib.
E-saglam.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş ASC ilə bağlı müraciətə baxılıb.
Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Qeyd edək ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.