Tibbi xəbərlər
Vəzifə dəyişimi səs-küyə səbəb oldu:
Tibbi xəbərlər
355

Vəzifə dəyişimi səs-küyə səbəb oldu: Diş texniki həkim ola bilər?

Sosial şəbəkədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının Səhiyyə Xidmətlərinin Təşkili şöbəsinin Stomatologiya bölməsində diş texniki vəzifəsində çalışan Ağalar Sərdərovun diş həkimi vəzifəsinə keçirilməsi ilə bağlı əmrin görüntüsü yayılıb. Sözügedən dəyişiklik ictimai müzakirələrə səbəb olub və bəzi istifadəçilər bu təyinatın hüquqi əsasının olmadığını bildiriblər.

E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı Goranboy Rayon Mərkəzi Xəstəxanasının İnsan Resursları şöbəsinin əməkdaşı İlqar Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı araşdırma aparılır. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin 3 iyun 2015-ci il tarixli, 42 nömrəli əmrinə əsasən, bu təyinat qeyri-qanuni hesab olunmur:

"Həmin əmrə əsasən, diş texniki ixtisasını bitirən şəxslər diş həkimi vəzifəsində işləyə bilərlər. Burada əsas fərq ondan ibarətdir ki, həkim-stomatoloq və diş həkiminin öhdəlikləri fərqlidir. Məsələ ilə bağlı araşdırma aparılır və yaxın zamanda rəsmi açıqlama veriləcək".

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlansaq da, hələlik cavab almaq mümkün olmayıb.

 

Xatırladaq ki, əmri imzalayan Arzu Teymurov Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir və işdən çıxarılan direktor Rauf Ruzvay oğlu Yahyayevi müvəqqəti olaraq əvəz edir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun