Tibbi xəbərlər
Vətəndaşların 88 %-i icbari tibbi sığortanın Çağrı mərkəzinin
Tibbi xəbərlər
190

Vətəndaşların 88 %-i icbari tibbi sığortanın Çağrı mərkəzinin xidmətlərindən razıdır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin “Onlayn çat” xidməti vasitəsilə son üç ayda 7 min 500-dən çox müraciət cavablandırılıb.

E-saglam.az xəbər verir ki, bu barədə “1542” Çağrı mərkəzinin rəhbəri Nərminə Ramazanova orada keçirilən “Açıq qapı” günündə məlumat verib.

O bildirib ki, “Onlayn çat” xidmətinə daxil olan vətəndaş müraciətləri və sorğularını fasiləsiz şəkildə bot və ya süni intellektlə deyil, məhz 10 operator əməkdaşımız cavablandırır”.

N.Ramazanova qeyd edib ki, vətəndaşların 88 %-i “1542” Çağrı mərkəzinin xidmətlərindən razıdır:

“Vətəndaşlar xidmətdən məmnunluq səviyyəsini obyektiv şəkildə ölçmək üçün Çağrı mərkəzində interaktiv səsli cavab sorğusunda iştirak edə bilir. Vətəndaşlar bununla zəngi cavablandıran operatorların fəaliyyətini 1-5 ballıq şkala ilə qiymətləndirə bilir. Aparılan sorğuların nəticələrinə əsasən ötən ilin dekabrından bu günə qədər vətəndaşların 88 %-nin xidmətlərdən məmnun qaldığını deyə bilirik.

​Onun sözlərinə görə, xidmətə daxil olan və birbaşa cavablandırılması mümkün olmayan müraciətlər xüsusi diqqətlə qeydə alınır:

"Bu cür sorğu və şikayətlər araşdırma qrupu tərəfindən detallı şəkildə araşdırılır və daha sonra vətəndaşlara cavab təqdim olunur. Eyni zamanda, müraciət edən şəxslərin araşdırma prosesindən və nəticəsindən məmnun qalıb-qalmadıqlarını öyrənmək üçün onlarla yenidən əlaqə saxlanılır və vətəndaş rəyləri sistemli şəkildə qeydiyyata alınır” .

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun