Qidalanma
Veqanlar ət yeyənlərdən daha sağlam bio göstəriciyə sahib imiş - ARAŞDIRMA
Qidalanma

Veqanlar ət yeyənlərdən daha sağlam bio göstəriciyə sahib imiş - ARAŞDIRMA

Veqanlar ət yeyənlərdən daha sağlam bio göstəriciyə sahib imiş.

E-saglam.az xəbər verir ki, "Healthline" veb saytındakı xəbərə görə, İngiltərədəki 177 min 723 sağlam yetkin haqqında məlumatları qiymətləndirən araşdırmanın nəticələri Avropa Obezite Konqresində təqdim edildi. Tədqiqat, pəhrizin 37 ilə 73 yaş arası yetkinlərin qanında və sidiyində xəstəlik olduğuna işarə edən bio göstəricilərin səviyyələrini təsir edib-etmədiyini araşdırdı.

Carlos Celis-Moralesin rəhbərlik etdiyi tədqiqat qrupu, vegeterianların 13 bio göstəricidən daha aşağı səviyyədə olduğunu müəyyən etdi. Bunun ürək-damar xəstəlikləri və xərçəng riskinin azaldığına işarə etdiyi qeyd edildi.

Mütəxəssislər, ümumi xolesterolla yanaşı, qaraciyər funksiyası ilə əlaqəli müəyyən göstəricilərin veqanlarda az olduğunu bildirdi. Celis-Morales, tapıntılara baxmayaraq, insanlara ətdən tamamilə imtina edilməməsini tövsiyə etdi. Qeyd etdi ki, qırmızı ətin istehlakını azaldaraq, onun əvəzinə omega 3-lə zəngin balıq kimi sağlam məhsullarıdan istifadə etmək olar.

Tərcümə etdi: Könül Oruc

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun