Tibbi xəbərlər
Vaxtından əvvəl doğuş nədir və hansı problemlərə səbəb olur?
Tibbi xəbərlər
179

Vaxtından əvvəl doğuş nədir və hansı problemlərə səbəb olur?

Sağlam bir həyatın təməli sağlam hamiləlik, vaxtında və sağlam bir doğumla başlayır. Ancaq dünyada və ölkəmizdə bir çox körpə hamiləlik prosesi tamamlanmadan gözlənilən vaxtdan əvvəl dünyaya gəlir. Normal hamiləliyin orta müddəti 40 həftədir. Körpə 37 həftədən əvvəl doğulursa, vaxtından əvvəl doğulmuş körpə sayılır. Doğuş nə qədər tez başlasa, sağlamlıq riski o qədər çox olar.

E-saglam.az-ın müxbirinin araşdırmasına görə, 28-ci həftəyə qədər çox kiçik olan erkən doğulmuş körpələrdə risk çox yüksək, 28-31 həftə arasında doğulan körpələrdə risk orta, 32-36 həftə arasında doğulan erkən doğulmuş körpələrdə isə risk ən aşağı həddədir.

Dünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan Erkən Doğumla bağlı Qlobal Fəaliyyət Hesabatında ölkələrin vaxtından əvvəl doğuş nisbətlərinin 5-18 faiz arasında dəyişdiyi bildirilir. Hesabatda, 2010-cu ildə dünyaya gələn körpələrin 1/10 hissəsindən çoxunun vaxtından əvvəl doğulduğu və bir çox ölkədə vaxtından əvvəl doğuş nisbətlərinin artdığı qeyd olunur. Yenə Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada hər il 15 milyon körpə vaxtından əvvəl doğulur və nəticədə 1 milyondan çox körpə bir yaşına çatmadan ölür. Ölkəmizdə erkən doğum nisbətinin illər ərzində bənzər bir yol izlədiyi müşahidə olunur. Hər il 180 mindən çox körpə həyatına erkən başlayır. Bu, körpələrimizin 15 faizindən çoxunu təşkil edir.

Göründüyü kimi, hər il ölkəmizdə, bütün dünyada olduğu kimi, çox sayda yeni doğulmuş körpələr dünyaya gəlir. Vaxtından əvvəl doğulmuş körpələrin orqan və toxuma sistemləri yetərincə inkişaf etməmiş dünyaya gəldikləri üçün normal doğulan digər körpələrə nisbətən öyrənmə və davranış pozğunluqları, serebral iflic (onurğa beyni iflici), qavrayış çatışmazlıqları, infeksiyalar və xroniki tənəffüs xəstəlikləri kimi daha yüksək risklərə məruz qalırlar. Bu uşaqlar və ailələri tibbi, psixoloji, emosional, sosial və maddi çətinliklərin öhdəsindən gəlməli olurlar. Sağlamlıq problemləri həyatlarının sonrakı illərinə də təsir edir.

Ancaq onu da qeyd edək ki, lazımi müdaxilələrlə erkən doğulmuş körpələrin özlərini və ailələrini gələcəkdə sosial həyatda yaşaya biləcəkləri problemlərin əhəmiyyətli bir hissəsinin qarşısını almaq mümkündür.

Erkən doğuş bir xəstəlik kimi qəbul edilməməlidir. Vaxtından əvvəl doğulmuş körpələr normal inkişaf prosesindən keçə biləcək məhsuldar və sağlam həyat qabiliyyətinə malikdirlər. Sadəcə olaraq, bu qabiliyyəti təkbaşına inkişaf etdirmək bacarığına malik deyillər. Bu zaman məsuliyyət ailələrin və tibb işçilərinin üzərinə düşür. Bu səbəblərə görə, doğuşdan sonrakı müalicənin keyfiyyəti və miqdarı böyük əhəmiyyətə malikdir. Xüsusilə riskli hamiləlikləri uyğun şəkildə təqib etmək, fövqəladə hallarda lazımi müdaxilələr etmək və yeni doğulmuş dövrdən körpələri yaxından izləmək bir çox ana və körpənin həyatını xilas edir. 

Aynur Pənahqızı

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun