Xəstəliklər
Varikozun müalicəsi hansı formada aparılmalıdır?
Xəstəliklər

Varikozun müalicəsi hansı formada aparılmalıdır?

Varikoz xəstəliyi (varikoz) - venaların genişlənməsi, qıvrılması, qapaq aparatının dağılması ilə xarakterizə olunan patologiyadır.

E-saglam.az bildirir ki, xəstəliyin ilkin təzahürlərinə damar ulduzcuqları və düyünlərin yaranması, dərialtı venaların şişməsi, venaların ağrılı olması, ayaqlarda ağırlıq hissi aiddir. Varikozun proqressivləşməsi zamanı venoz qan dövranının xroniki çatışmazlığının əlamətləri: pəncə və baldırın ödemi, baldır əzələlərində qıcolmalar, trofik xoralar, tromboflebit, varikoz dəyişilmiş venaların partlaması müşahidə olunur.

Flebologiya sahəsində aparılan müxtəlif tədqiqatların nəticələrinə əsasən 18 yaşdan yuxarı qadınların 30-40%-i, kişilərin isə 10-20%-i varikozdan əziyyət çəkir.Diaqnozun qoyulması çətinlik törətmir. Hemodinamik pozğunluqların ağırlığını qiymətləndirmək üçün dupleks angioskanlama, aşağı ətrafların venalarının USDQ aparılır. Bundan əlavə rentgenoloji və radionuklid müayinələrdən istifadə etmək olar.

Əsas profilaktik rol düzgün davranış stereotiplərinin (uzanmaq oturmaqdan və gəzmək dayanmaqdan yaxşıdır) formalaşmasına aiddir. Oturaq vəziyyətdə və ya ayaq üstə uzun müddət qaldıqda vaxtaşırı baldır əzələlərini gərginləşdirmək, ayaqlara yüksək və ya horizontal vəziyyət vermək lazımdır. Müəyyən idman növləri ilə məşğul olmaq tövsiyə olunur. Hamiləlik dövründə və ağır iş rejimində elastik kompressiya vasitələrinin istifadəsi məsləhət görülür. Venaların varikoz genişlənməsinin ilkin əlamətlərinin müşahidə edildikdə mütləq fleboloqa müraciət etmək lazımdır/milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun