Xəstəliklər
Valideynlərin nəzərinə:
Xəstəliklər

Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIB

Uşaqlar arasında təhlükəli virus yayılıb.

E-saglam.az-ın məlumatına görə, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qripə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova bildirib ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox, tam yayılır.

A. Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, xəstəlik düzgün müayinə və müalicə edilməzsə, böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə birbaşa ürək əzələlərinə də təsir edə bilir ki, bu da ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşılaşan valideynlər diqqətli olmalıdırlar.

Ətraflı süjetdə:

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun