Tibbi xəbərlər
Valideynlərin diqqətinə: Uşaqların böyüməsinin qarşısını alan
Tibbi xəbərlər
457

Valideynlərin diqqətinə: Uşaqların böyüməsinin qarşısını alan amillər açıqlandı

Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə bağlı deyil, bəzi sağlamlıq problemləri və ya gündəlik vərdişlər də bu vəziyyətə səbəb ola bilər.

E-saglam.az Baku TV-yə istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sağlam qidalanma, yuxu rejimi və müntəzəm fiziki fəaliyyət uşağın böyüməsində ən vacib amillərdir. Bununla yanaşı, genetik potensial və emosional vəziyyət də nəzərə alınmalıdır.

Boy qısalığının bəzi hallarda xroniki xəstəliklərin əlaməti ola biləcəyini vurğulayan ekspertlər uşaqların müayinəsinin sistemli şəkildə aparılmasının vacibliyini bildiriblər. Əgər boy qısalığı çəki itkisi ilə müşahidə olunursa, bu, protein və enerji çatışmazlığı, ya da bağırsaq pozğunluqları kimi problemlərdən qaynaqlana bilər.

Uşaqların qidalanmasında onların yaşına uyğun kalori tələbatını qarşılamaq, balanslı və təbii qidalarla təmin etmək əsas şərtdir. Rafinə olunmuş və balanssız qidalanmadan uzaq durmaq tövsiyə edilir.

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun