Valideynlər uşaqlarını cinsi təcavüzdən qorumaq üçün uşağa nə öyrətməlidirlər? - MÜSAHİBƏ
Valideynlər uşaqlarını cinsi təcavüzdən qorumaq üçün uşağa nə öyrətməlidirlər? - MÜSAHİBƏ

Səbinə İsmayılova: “Bu iş mümkün qədər erkən görülməlidir, çünki uşaqlar bütün yaşlarda cinsi təcavüzə məruz qala bilərlər”.

"Xarıbülbül" Psixologiya Mərkəzinin sədri, tanınmış psixoloq Səbinə İsmayılovanın uşaqların cinsi istismarı mövzusunda özəl müsahibəsini təqdim edirik

- Uşaqları təcavüzdən və cinsi istismardan qorumaq üçün nə edilməlidir?

- Son vaxtlarda bir çox ailələr baş verən dəhşətli təcavüz və cinsi istismar səbəbindən qorxu yaşayır. Bəs valideynlər uşaqlarını cinsi təcavüzdən qorumaq üçün uşağa nə öyrətməlidirlər?

Cinsəl hərəkət və davranışlarla uşağa yaxın olmağa çalışmaq cinsi təcavüz hesab edilir. Uşağınızın hər hansı bir yalnış davranışını sizinlə bölüşməsi və bu davranışa qarşı tədbir alınması üçün ona uşaq dilində bəzi əsas məsələləri öyrətməlisiniz.

- Qısnama barədə uşaqlara hansı məlumat və necə verilməlidir?

- Uşaqlara, onlara istəmədikləri bir şəkildə toxunulduğu vaxtlarda “yox” deyə bilmək qabiliyyəti aşılanmalıdır.

Uşaqlar dil açmağa başlayarkən onlara göz, qulaq, burun kimi “məhrəm yerlərin” də adları öyrədilməlidir. “Özəl orqanlara” qondarma və düzəltmə adların verilməsi düzgün deyildir, çünki bu, uşaqların yardım istədikləri vaxt başqaları ilə ünsiyyətlərində çətinlik yarada bilər. Qondarma adlarla danışan uşağı gələcəkdə müəllimləri və ya polis başa düşməyə bilər.

Uşaqlara onlarda başqalarında da olduğu kimi “müəyyən orqanların” olduğu, onların adları və onlara kimlərin toxuna biləcəyi barədə dəqiq məlumat verilməlidir.

- Uşaqları neçə yaşından maarifləndirmək olar? Onlara nələr söylənməlidir?

- Bu iş mümkün qədər erkən görülməlidir, çünki uşaqlar bütün yaşlarda cinsi təcavüzə məruz qala bilərlər. Uşaqlar dil açmağa və istədiklərini anlatmağa başladıqları 2 yaşlarında onlara bədən orqanlarının adları öyrədilməlidir. Tanımadıqları və etibar etmədikləri insanların onlara toxunduqları vaxt “yox” demələrinin vacibliyi onlara izah edilməlidir.

Məsələn: “Səninlə bədəninin salamatlığı haqqında danışmaq istəyirəm. Hamımızda olduğu kimi sənin də bədənində xüsusi yerlər var. Bu yerlərini insanlar həmişə örtürlər. Sənin bu yerlərinə tanımadığın bir kəs toxunarsa, ona “yox” deməlisən. Bəzi böyüklər, bəzən hətta tanıdığın böyüklər də sənin bu yerlərinə toxunub səni narahat edə bilərlər. Belə vaxtlarda “yox, mənə əl vurma” deməlisən. Sonra da bunu mənə və ya inandığın böyüklərdən birinə söyləməlisən. Belə olsa biz səni qoruyarıq və həmin adama özünü düz aparmadığını başa sala bilərik”.

Burada çox vacibdir ki, uşaq ona toxunulduğuna görə kiminsə mütləq cəzalandırılacağına inanmasın. Çünki təəssüf ki, uşaqların seksual qısnanmasının mənbəyi çox vaxt onların tanıdıqları və ya inandıqları şəxslər olur. Uşaqlar bu adamlara cəza verilməsindən qorxub çəkinə bilərlər.

Valideyn və uşaqların bədən üzvlərinə hər zaman sayğılı yanaşması mühümdür. Uşaqların icazəsini almadan və ya onların etirazına rəğmən onlara toxunulmamalıdır. Uşaqların istəmədiyi hallarda onları öpmək, qucaqlamaq, çimdikləmək, qıdıqlamaq və ya oxşamaq kimi hərəkətlər də bura daxildir. Bu toxunmalar heç bir seksual istismar mənası daşımadığı hallarda belə uşaqlara onların öz vücudları üzərində sahibliyə malik olmadıqları barədə ziyanlı təsəvvür yarada bilər. Bu, uşaqların seksual təcavüzə müqavimətinə mənfi təsir göstərir, onların “yox” deyə bilmək, özünü müdafiə etmək qabiliyyətini zəiflədir.

Uşaqlar belə hadisələr olduqda danışa biləcəkləri bir məsuliyyətli şəxsin olduğunu bilməlidirlər. Uşaqlar belə bir şəxsin onları danlamayacağına əmin olmalıdırlar. Belə bir hadisə yaşamış uşaqlar üçün ən pis nəticə onların şikayətinə əhəmiyyət verilməməsi və ciddi qəbul olunmamasıdır.

Əgər ailədə xəstəlik, ailə problemləri, boşanma, köçmə, ölüm və sair kimi hadisələr baş vermirsə, cinsi qısnamaya məruz qalan uşaqlarda gecələr yuxuya getmək problemi, vahimələr, ifrat höcətlilik, yaşına uyğun olmayan hərəkətlərə yol verməsi (məsələn, tualetdən istifadəni bacardığı halda yatağı islatması), bəzi yer və bəzi insanlardan qorxu, özünə qəsd, evdən və ya məktəbdən qaçış,kimi emosional əlamətlər olur.

Valideynlər uşaqlarının cinsi qısnama və ya təcavüzə məruz qaldıqlarından şübhələndikdə ilk növbədə uşaqlarla onları həyəcanlandırmadan və qorxutmadan sakit və təmkinli bir şəkildə söhbət edilə bilər. Onlara son günlərdə kiminsə xoşlarına gəlməyəcək bir tərzdə toxunub-toxunmadıqları, istəmədikləri bir şeyi etməyə məcbur edilib-edilmədikləri sakit şəkildə soruşula bilər. Əgər belə bir söhbəti özünüzün apara bilməyəcəyinizi hiss edirsinizsə, bir psixoloqun yardımına müraciət edilməlidir. Uşağın ilk dəfə verdiyi ifadəyə xüsusilə diqqətlə yanaşılmalıdır,sakit bir tərzdə, hay-küysüz və təlaşsız, əsəbiliksiz dinlənilməlidir.

Uşağa inanılmalı, uşaq başına gələnlərin onun günahı olmadığına inandırılmalıdır. Bu cür hadisələr barədə danışmaq uşaq üçün çox çətin ola bilər. Uşaqlar təcavüzçünün onlara pislik edəcəyindən,valideynlərin əbiləşəcəyindən,ailələrinin dağılacağından (ələxüsus da təcavüzkar ailə üzvüsürsə), ailələrindən alına biləcəklərindən qorxurlar.

Uşağın mümkün tibbi problemləri ilə bağlı tibbi yardım alınarkən, bir psixoloqdan uşağın psixoloji durumu barədə öyrənilməlidir.

Unudulmaması zəruri olan başqa bir məqam da var. Hadisələri ört-basdır etməklə və uşaqların bunları unudaraq üstün gələcəyini gözləmək böyük səhvdir. Susmaq və susduqmaq yaraları dərinləşdirə bilər. Belə hallarda söhbətin yaxşılaşdırıcı xüsusiyyətə malik olduğu və psixoterapevtin sağlamlaşdırmanı sürətləndirdiyi unudulmamalıdır.

Hadisənin ətraf tərəfindən bilinməsi halında baş verə biləcək hüquqi proseslər barədə uşaqlara məlumat verilməlidir. Bütün mümkün prosesin uşağa əvvəlcədən izah edilməsi uşağın bu prosesdən daha asan aşmasına yalnız kömək edir.

Uşaq ailəsi tərəfindən sevilməkdə davam etdiyinə, başına gələnlərin onun təqsiri olmadığına əmin edilməlidir.

- Cinsi istismar təhlükəsi ən çox hansı yaş dövründə olur?

- Bu mövzuda yaş dövrünü göstərmək çətindir, belə ki, hər yaş dövrünə təsadüf oluna bilər.

Adətən 12 yaşa qədər uşaqlar cinsi istismarın qurbanı olurlar. Bu yaşda uşaq hələ də nə baş verdiyini anlamır, onu qorxutmaq, ona  başına gələnləri heç kimə deməməsini söyləmək asandır. Həmçinin təcavüzkar bu yaşda uşağın söylədiyi sözləri təsvir edə bilməyəcəyinə inanır düşünür ki, uşaqlıq fantaziyaları çox vaxt reallıqla qarışır, yəni hekayəsinə yəqin ki, bu haqda nəsə desə də inanmayacaq.

3 yaşa qədər uşaqlar daha çox qorxu, yuxu pozğunluğu, iştahsızlıq, aqressivlik, yad insanlardan  qorxu hissi yaşayırlar.

9-13 yaşlı uşaqlarda depressiya, davranışda hissiyyat itkisi, təcrid və s. hissi ola bilir.

13-18 yaşlı yeniyetmələr üçün isə ikrah, utanc, günahkarlıq hissi, öz faydasızlığı hissi,intihara cəhdlər, evi tərk etmək, aqressiya, fiziki və emosional yaxınlıqdan qaçmalar olur.

Cinsi tərbiyə ilə məhrəmiyyət arasında fərqə diqqət yetirmək istərdik.

1. Cinsi tərbiyə bir qrup uşağa bütöv verilir, toplu şəkildə Məhrəmiyyət isə uşağa özəldir. Bunu tərbiyə edən şəxs, uşağın yaxınlarından biridir.

2. Cinsi tərbiyə qısa zaman kəsiyində tamamlanması planlanır. Amma məhrəmiyyət 3-4 yaşdan başlayır, incə-incə parçalardan ibarətdir, illərlə baş verir.

3. Cinsi tərbiyə özünü başqalarından qorumaq məlumatını verir. Məhrəmiyyət isə, özünü qorumaqla yanaşı, başqalarına zərər verməmək üçün duyğularını idarə edə bilmək bacarığını verir.

4. Cinsi tərbiyə hər uşağın şəxsi probleminə həll yaratmaz.

5. Məhrəmiyyət utanma duyğusu önəmsənir. Bu duyğuların zərərə gəlməməsi üçün cəhdlər edilir.

Bəzi həssa məqamlara da diqqət yetirmək vacibdir cünki, cinsi tərbiyə verməyin zərərləri və  mənfi təsirləri var.

1. İzahların hansı uşağa necə təsir ediləcəyi bilinməz. Məlumatlar bir qism uşaqda neqativ təsir yarada bilər: Bir çox gəncin "Masturbasiyanın zərərləri" məlumatı izahdan sonra maraq edib bu davranışa yönləndiklərini unudulmamalıdır.

2. Qrup içərisində cinsi tərbiyənin 2-ci mənfi tərəfi, uşağın utanma duyğusunu zədələməsidir. Çünki, cinsi tərbiyə hər uşağın, "özəl dünyasıdır. Bunu hər kəsin içində izah ediləsi, uşağın sərhədlərini tənzimləyə bilməməsinə səbəb ola bilər. Xüsusilə, cinsi tərbiyə əvvəl danışılmadan öncə ehtiyatlı mövzu olurdusa, artıq dostlar arasında kontrolsuz danışılmağa, zarafatlara gətirib çıxarır.

- Ruhsal incələmə nə üçün lazımdır?

 - Məyus olma, narahat olma, qəzəblənmə, bunların fərqində olur. Məsələn, ona icazəsiz toxunanda "rahatsız olma" narahatlıq duyğusunu hiss edir. Məhrəmiyyət tərbiyəsu uşağın ağlına deyil, duyğularına xitab edən tərbiyədir.

Başqasından heç nə alma: Başqasının maşnına minmə: deyirlər. Amma məhrəmiyyət tərbiyəsi olan uşaq, başqasının ona yaxınlaşmasına olan anormallığı sezə bilər.

1) "Bədən mənə aiddir"

Bunu valideynlər tərbiyə etməlidirlər. Altını islatmış uşağa, qəzəb ilə  yaxınlaşıb, şalvarın çəkib çıxartmaq, tərləmiş uşağın köynəyini qəfildən çıxarmaq, bunu zədələyir.

2) "İcazə verərsəm toxuna bilərsən"

Bədəninə icazəsiz toxunanlar, bədənini qoruyacıq reflekslər yaranmaz

3) Toxunulması qadağan olunmuş bədən üzvlərim

Cinsi orqanlarına toxunulmamalı, oynatmaq məqsədi ilə vurulmamalıdır.

Məktəb yaşında artıq uşaq özü-özünü təmizləməyi bacarmalıdır.

4) "Bədənin görülməməli, hissi"

Paltarsız gəzməməli, evdə paltar dəyişilən zaman özünə şərait yaradılmalıdır.

Vanna otağında məndən başqası olmamalı.

Tualetdə məndən başqası olmamalı.

Soyunma və geyinmədə yalnızlıq.

5) İcazə verərsəm, qəbul edilə bilərsən.

Otağına girərkən icazə alınmalıdır. /Azerforum.com