Gənələr əksər hallarda bədənin aşağı hissəsinə yapışaraq, özünümüayinə zamanı aşkarlanması çətin olan dərinin gizli sahələrini hədəf alır.
E-saglam.az xəbər verir ki, bunu ümumi praktikant həkim Andrey Kondraxin deyib.
Mütəxəssisin sözlərinə görə, gənələr tullana bilmirlər. Onlar otların üzərində oturur və passiv şəkildə, ayaqlarını açaraq bir insanın yanından keçməsini gözləyirlər. Parazit paltar və ya dəriyə yapışır və sonra yavaş-yavaş sürünərək ən uyğun yeri axtarır:
"Əksər hallarda budların içinə və ya arxasına, eləcə də dizaltı qatına doğru sürünür. Əgər ot beldən yuxarıdırsa, qasıq nahiyəsinə sürünə bilər, çünki orada isti və rütubətlidir".
Həkim vurğuladı ki, gənələr dərhal yapışmır. Onların dişləmə yeri hazırlamaq üçün təxminən 24 saatı var. Parazit şalvarınızın altına girərsə, uzun müddət sürünərək həssas bir yer seçəcək.
Tərcümə: Könül Oruc