Tibbi xəbərlər
Qulaq cingildəməsinin
Tibbi xəbərlər
12

Qulaq cingildəməsinin səbəbi bu imiş

Alimlər depressiya və narahatlığın müalicəsində istifadə olunan bəzi antidepressantların tinnitusu, yəni qulaq küyünü gücləndirə biləcəyini açıqlayıblar.

E-saglam.az xəbər verir ki, araşdırmaya görə, bu dərmanların təsir etdiyi serotonin maddəsi beynin eşitmə sistemi ilə bağlı siqnalları artıraraq tinnitus əlamətlərini şiddətləndirə bilər.

"Araşdırma Oregon Health & Science University" tərəfindən aparılıb. Tədqiqat zamanı beynin “dorsal koklear nüvə” adlanan və səs siqnallarının emalında iştirak edən hissəsi araşdırılıb. Məlum olub ki, serotonin bu bölgədə bəzi hüceyrələri aktivləşdirərək səs siqnallarının daha güclü qəbul olunmasına səbəb olur.

Alimlər optogenetika üsulu ilə serotonin istehsal edən neyronları stimullaşdırdıqda, iştirakçılar ətrafda heç bir səs olmadığı halda belə qulaqda səs varmış kimi reaksiya veriblər.

Mütəxəssislər bildirirlər ki, xüsusilə SSRI qrupundan olan antidepressantlardan istifadə edən bəzi insanlarda tinnitus müalicənin əvvəlində və ya doza dəyişdirildikdə arta bilər. Bununla belə, həkimlər dərmanların özbaşına dayandırılmasının təhlükəli olduğunu vurğulayırlar.

Araşdırmanın növbəti mərhələsində serotonin siqnallarını zəiflətməyə yönəlmiş üsulların tinnitus əlamətlərini azaltdığı müşahidə olunub. Alimlər gələcəkdə bu sahədə daha hədəfli müalicələrin mümkün ola biləcəyini düşünürlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun