Tibbi xəbərlər
Vaksinin yaradıcısı pandemiyanın nə vaxt bitəcəyini - AÇIQLADI
Tibbi xəbərlər

Vaksinin yaradıcısı pandemiyanın nə vaxt bitəcəyini - AÇIQLADI

E-saglam.az xəbər verir ki, “The Wall Street Journal” tərəfindən təşkil edilən online konfransda çıxışı zamanı professor pandemiyanın 2022-ci ilin ortalarına qədər davam edəcəyini deyib.

“Pandemiyanın bitməsi üçün dünya miqyasında peyvəndləmə səviyyəsi yüksək olmalıdır. Əks halda heç kim təhlükəsiz şəraitdə hiss edə bilməyəcək. Dünya miqyasında “sürü immuniteti” yaranmayana qədər pandemiya davam edəcək. 2022-ci ilin ortalarına qədər Hindistan kimi əhalisi çox olan ölkələrdə belə yüksək peyvəndləmə səviyyəsinə çatmaq mümkün olacaq və kütləvi immunitet əldə olunacaq”, - Uğur Şahin bildirib.

O, hesab edir ki, qarşıdakı 12 ay ərzində inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrdə də peyvəndləmə səviyyəsinin artacağını gözləyir. Amma bunun üçün mövcud vaksin istehsalı potensialını genişləndirmək, yeni istehsal müəssisələri qurmaq lazımdır.

“Nə qədər çox insana vaksin vurulsa o qədər yaxşıdır. Mümkün olan qədər çox insana vaksin vurulması lazımdır”,-Şahin deyib.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun