Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyadan keçən təhsil işçilərinin sayı açıqlanıb.
E-saglam.az bildirir ki, təhsil naziri Emin Əmrullayev bu günə qədər 122 348 təhsil işçisinin COVID-19 əleyhinə peyvəndin hər iki dozasını vurdurduğu barədə məlumat verib.
Onun sözlərinə görə, bu siyahıya texniki işçilər də aiddir: “Çox az sayda müəllim vaksinasiya olunmaqdan imtina edib. Hesab edirəm ki, onları da inandıra biləcəyik ki, bu, onların sağlamlığı üçündür. Ümumilikdə, inandığımız odur ki, pandemiyanın bugünkü mərhələsində əlverişli mühit yaranıb. Lakin nəzərə almaq lazımdır ki, qarşıdan payız mövsümü gəlir. Bir sözlə, ənənəvi tədrisə qayıtmağın yeganə yolu vaksinasiyadan keçməkdir”.
E.Əmrullayev onu da əlavə edib ki, əsas hədəf xüsusilə ibtidai siniflərdə şagirdlərin bir-biri ilə ünsiyyətdə olmasıdır: “Çünki aşağı yaşlarda beyin inkişafı formalaşır”.