Tibbi xəbərlər
Üzünüz şəkər xəstəliyinin xəbərçisi ola bilər:
Tibbi xəbərlər
775

Üzünüz şəkər xəstəliyinin xəbərçisi ola bilər: Bu əlamətə diqqət

Şəkərli diabet bədənin müxtəlif hissələrinə təsir edə bilən və erkən mərhələlərdə dəridə müəyyən dəyişikliklərlə özünü göstərə bilən xroniki xəstəlikdir.

E-saglam.az xəbər verir ki, dəri problemləri diabetin ilk əlamətlərindən biri ola bilər və mümkün ağırlaşmaların xəbərçisi hesab edilir.

Yüksək qan şəkəri səviyyəsi dərinin qurumasına, qaşınmasına, yaraların gec sağalmasına və infeksiyalara səbəb ola bilər. Həmçinin, diabet əllərdə və ayaqlarda uyuşma, keyimə və hissiyyat itkisi ilə müşayiət oluna bilər.

Görmə problemləri, daimi susuzluq hissi və tez-tez sidik ifrazı da diabetin əlamətləri arasında yer alır. Qan dövranının pozulması nəticəsində yaraların sağalma prosesi ləngiyir və infeksiyalara qarşı həssaslıq artır.

Bədənin enerji balansının pozulması güclü yorğunluq və ani aclıq hücumlarına səbəb ola bilər. Səbəbsiz kilo itkisi, xüsusilə 1-ci tip diabetdə, xəstəliyin xəbərçisi ola bilər.

Erkən diaqnoz və müalicə diabetin fəsadlarının qarşısını almağa kömək edə bilər. Bu səbəbdən, hər hansı şübhəli əlamət müşahidə edildikdə, vaxtında həkimə müraciət etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun