Tibbi xəbərlər
Uzun ömürlü insanların qan dəyərləri fərqli imiş –
Tibbi xəbərlər

Uzun ömürlü insanların qan dəyərləri fərqli imiş – 90 yaşdan yuxarılar araşdırıldı

Yeni araşdırma göstərir ki, 90 yaşdan yuxarı insanların qan biomarkerləri qısa ömürlü həmyaşıdlarından fərqlənir.

E-saglam.az xəbər verir ki, Karolinska İnstitutunun alimləri 64-99 yaş arası 44 min insanın sağlamlıq göstəricilərini araşdırıb və 100 yaşına çatan 1224 nəfərdə ümumi qan dəyərlərini müəyyən ediblər.

Məlum olub ki, uzunömürlü şəxslərdə qlükoza, kreatinin və sidik turşusu səviyyələri daha aşağıdır. Əksinə, ən aşağı xolesterol və dəmir səviyyəsinə malik insanların 100 yaşına çatma ehtimalı daha azdır. Araşdırmaya əsasən, qanda bu biomarkerlərin balanslı olması uzun ömrün əsas göstəricilərindən biridir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun