Tibbi xəbərlər
Uzun müddət hərəkətsiz qalmanın uşaqlarda
Tibbi xəbərlər
258

Uzun müddət hərəkətsiz qalmanın uşaqlarda nələrə səbəb olduğuna baxın!

Uşaqların uzun müddət hərəkətsiz qalması və ekran qarşısında çox vaxt keçirməsi qəbizlik riskini artırır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu problemin getdikcə daha geniş yayıldığını bildirirlər.

Qəbizliyin əsas səbəbləri

Uşaq Qastroenteroloqu Dos. Dr. Nevzat Aykut Bayrak bildirib ki, qəbizlik çox vaxt həyat tərzi və qidalanma vərdişlərindən qaynaqlanır. Orqanik səbəblər nadir hallarda rast gəlinir. Həftədə iki dəfədən az tualetə getmək, ağrılı defekasiya və sərt nəcisin keçməsi əsas əlamətlərdəndir.

Faydalı qidalar

Qəbizliklə mübarizədə lifli tərəvəz və meyvələrin rolu böyükdür. Balqabaq, ispanaq, kərəviz, semizotu və bamya kimi tərəvəzlər, eləcə də ərik, gavalı və tut kimi meyvələr tövsiyə olunur. Amma banan qəbizliyi artıra bilər.

Süd məhsullarına diqqət

Dr. Bayrak bildirib ki, bəzi uşaqlarda inək südü qəbizliyə səbəb ola bilər. Bu hallarda qatıq, ayran və pendir kimi digər süd məhsullarına üstünlük vermək olar. Su istehlakı isə xüsusilə vacibdir. Su az qəbul ediləndə nəcis sərtləşir və bağırsaqların fəaliyyəti zəifləyir.

Erkən müdaxilə vacibdir

 

Uşaqlar ağrılı defekasiya təcrübəsi yaşadıqda tualetdən qaçmağa çalışırlar. Bu isə problemi xroniki hala gətirə bilər. Mütəxəssis xəbərdarlıq edir ki, qəbizlik üç aydan çox davam edərsə, mütləq həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun