Xəstəliklər
Uzun boylu insanlarda xərçəng riski daha yüksəkdir?
Xəstəliklər

Uzun boylu insanlarda xərçəng riski daha yüksəkdir? Simptomlara diqqət yetirin

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, boy artdıqca xərçəng riski də yüksələ bilər, xüsusilə də döş, kolon, pankreas və dəri xərçəngləri üçün. Uzun boylu insanlarda daha çox hüceyrə olduğu üçün bu hüceyrələrin mutasiya etmə ehtimalı da artır.

Boy və xərçəng riski arasındakı əlaqənin genetika, qidalanma və hormonlarla bağlı olduğu düşünülür. Böyümə faktorlarının yüksək olması hüceyrələrin nəzarətsiz bölünməsinə səbəb ola bilər. Hərçənd ki, uzun boylu insanlar metabolik olaraq bəzi üstünlüklərə malikdirlər, onlar üçün erkən müayinələr və sağlam həyat tərzi vacibdir.

Xüsusilə müntəzəm xərçəng müayinələri riski azalda bilər. Qidalanmaya nəzarət etmək, fiziki aktiv olmaq və siqaretdən uzaq durmaq xərçəngin qarşısını almağa kömək edə bilər.

Ümumdünya Xərçəng Araşdırma Fondunun məlumatına görə, xərçəng riskini azaltmaq üçün balanslı pəhriz və sağlam vərdişlər vacibdir. Hündürlük dəyişdirilə bilməz, lakin sağlam seçimlərlə riskləri minimuma endirmək mümkündür.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun