Xəstəliklər
Uyuşma və iynə batma hissi yaşayırsınızsa, diqqət!
Xəstəliklər

Uyuşma və iynə batma hissi yaşayırsınızsa, diqqət! Bunun əlaməti ola bilər

E-saglam.az xəbər verir ki, ən çox rast gəlinən şikayətlər arasında ağrı və ya narahatlıq, uyuşma və ya qarıncalanma, zəiflik və ya gücsüzlük, şişlik və ya kütlə və məhdud hərəkət hissi daxildir.

Periferik sinir şişlərinin səbəbləri tam olaraq məlum olmasa da, genetik meyl, ətraf mühit faktorları və ya toxuma pozğunluqları riskləri artırır. Diaqnoz üçün maqnit rezonans görüntüləmə və sinir keçiriciliyi testləri kimi üsullardan istifadə olunur. Lazım gələrsə, kompüter tomoqrafiyası, CT angioqrafiyası və ya birbaşa rentgen görüntüləmə də tətbiq edilə bilər. Şiş aşkar edildikdən sonra, patoloji diaqnoz üçün biopsiya tövsiyə oluna bilər.

Müalicə şişin növünə, ölçüsünə, yerinə və xəstənin ümumi sağlamlıq vəziyyətinə görə planlaşdırılır. Əsas müalicə üsulu cərrahiyyədir; lakin lazım gələrsə, radioterapiya və kimyaterapiya da tətbiq oluna bilər. Son illərdə ağıllı dərmanlar kimi tanınan immunoterapiyalar bəzi bədxassəli şişlərin müalicəsində ümidverici nəticələr verir.

Müalicədən sonra residivlərin erkən aşkarlanması üçün xəstələrin müntəzəm olaraq müayinədən keçməsi vacibdir. Əməliyyatdan sonra istirahət və sağalma prosesinə diqqət yetirmək, lazım gələrsə, fiziki müalicəyə başlamaq və ağrıların idarə olunması üçün həkim tövsiyələrinə əməl etmək də önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun