Aprelin 24-dən mayın 21-dək dünyada təxminən 2,3 milyon insan koronavirus infeksiyasına yoluxub, 15 minə yaxın insan bu xəstəlikdən dünyasını dəyişib.
E-saglam.az-ın məlumatına görə, “Report” Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiologiya bülleteninə istinadla xəbər verir ki, ölüm hallarının sayı əvvəlki 28 gündəki ilə müqayisədə 17 faiz, yoluxma hallarının sayı 21 faiz azalıb.
ÜST-nin məlumatına görə, dörd həftə ərzində dünyada koronovirusla bağlı 2 290 351 yoluxma və 14 985 ölüm faktı qeydə alınıb.
Bu dövrdə ən çox yoluxma halları Koreya Respublikasında aşkarlanıb - 462 726 nəfər. Sonrakı yerləri ABŞ (256 909), Yaponiya (164 367), Braziliya (146 105) və Avstraliya (125 992) tutur.
Aprelin 24-dən mayın 21-dək koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb - 4 135 nəfər. Sonrakı yerlərdə Braziliya (1 206), Fransa (810), İspaniya (745) və Rusiya (663) qərarlaşıb.