Tibbi xəbərlər
ÜST: Səhiyyə işçilərinin intihar riski daha yüksəkdir
Tibbi xəbərlər

ÜST: Səhiyyə işçilərinin intihar riski daha yüksəkdir

E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn görüşdə çıxışı zamanı deyib.

ÜST rəsmisi qeyd edib ki, səhiyyə işçilərinin hər cür şiddətdən kənar, təhlükəsiz şəraitdə işləməsi üçün ölkə səviyyəsində lazımi addımlar atmaq lazımdır: “Əməyin mühafizəsi məsələsi COVID-19 şəraitində daha da aktuallaşıb. İş müəssisələrinin daha sağlam şəraitdə olması üçün birgə səylər göstərilməlidir”.

H.Harmancı vurğulayıb ki, aparılan araşdırmaların nəticələrinə görə COVID-19-la əlaqəli bu gün dünyada 23% səhiyyə işçisi depressiya və narahatlıqdan əziyyət çəkir: “30 faiz tibb işçisi isə yuxusuzluqdan şikayətlənir. Səhiyyə işçiləri arasında intihar riski digər peşə işçilərinə nisbətən daha yüksəkdir. Bundan başqa, dünyada aşağı və orta gəlirli ölkələrdə səhiyyə işçilərinin 54%-i gizli vərəm xəstəsidir. Bu da ümumi əhali arasında olan göstəricidən iki qat daha çoxdur”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun