Dünyada COVID-19-a qarşı indiyədək istifadə olunmuş peyvəndlərin 90 faizə qədəri G20 ölkələrinin payına düşür.
E-saglam.az xəbər verir ki, bu gün bu barədə Qlobal Səhiyyə Sammitində Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
Təşkilat rəhbəri G20 ölkələrini koronavirusa qarşı peyvəndləri və ACT-Accelerator müayinə vasitəsini bölüşdürmək istiqamətində beynəlxalq səylər üçün təcili maliyyə ayırmağa, habelə, COVAX sistemi vasitəsilə vaksinləri paylaşmağa çağırıb./report/