Tibbi xəbərlər
ÜST: İlk dəfə insanda quş qripi A(H5N2)
Tibbi xəbərlər
403

ÜST: İlk dəfə insanda quş qripi A(H5N2) aşkar edilib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma halının qeydə alındığını bildirib.

E-saglam.az xəbər verir ki, hadisə Meksikada baş verib.

Qeyd olunub ki, Meksikanın hakimiyyət orqanları ÜST-yə Meksika ştatının sakinində aşkar edilmiş quş qripi A(H5N2) virusu ilə bağlı məlumat verib.

Bu, dünyada A(H5N2) qripi virusuna insan yoluxması ilə bağlı laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisədir.

Qeyd olunub ki, virusun mənbəyi məlum deyil və hazırda bununla bağlı araşdırma aparılır. Mövcud məlumatlara əsasən, ÜST bu virusdan ümumi əhali üçün mövcud riski aşağı kimi qiymətləndirir.

Söhbət ev quşları və digər heyvanlarla heç bir əlaqəsi olmayan 59 yaşlı Meksika ştatının sakinindən gedir. Aprelin 17-də xəstədə hərarət, təngnəfəslik, ishal, ürəkbulanma, ümumi halsızlıq yaranıb. Aprelin 24-də xəstə həkimə müraciət edib, o, Tənəffüs Yolları Xəstəlikləri İnstitutuna yerləşdirilib. Aparılan müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bundan əvvəl insanların A(H5N1), A(H5N6) və A(H5N8) viruslarına yoluxması barədə məlumat verilmişdi.(Report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun