Xəstəliklər
ÜST fövqəladə iclas çağırır
Xəstəliklər

ÜST fövqəladə iclas çağırır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə Hallar Komitəsi Afrikadakı meymunçiçəyi ilə bağlı vəziyyətə dair avqustun 14-də toplanacaq.

E-saglam.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində məlumat verib.

ÜST-nin məlumatına görə, Konqo Demokratik Respublikasında iki ildir ki, meymunçiçəyi epidemiyası davam edir və o, qonşu ölkələrə də keçə bilər.

Qeyd edək ki, meymunçiçəyi nadir virus infeksiyasıdır. Bu, adətən yüngül xəstəlikdir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəziləri ciddi fəsadlarla üzləşə bilərlər. Xəstəliyinin ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluq daxildir.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun