Tibbi xəbərlər
ÜST: Dünyada metapnevmovirus infeksiyası pandemiyası
Tibbi xəbərlər
184

ÜST: Dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, hazırda dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur və ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyətdən söhbət getmir.

E-saglam.az “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra feysbukdakı hesabında yazıb.

"Dostum Tedros məni son günlərin və həftələrin qorxulu hadisələri ilə bağlı sakitləşdirdi və məni əmin etdi ki, hazırda heç bir qlobal səhiyyədə fövqəladə təhlükə vəziyyəti yoxdur. Mətbuatda bu qədər danışılan virus ÜST ekspertlərinə yaxşı məlumdur. o, artıq bir neçə dəfə, adətən qış dövründə bu formada ortaya çıxıb”, - Siyarto qeyd edib.

Macarıstanda son həftələr qrip və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayı bir qədər artıb, lakin ekspertlər bu fenomenin mövsümi xarakter daşıdığını düşünürlər. Eyni zamanda, yerli mətbuatda Çindən gələn metapnevmovirus infeksiyasının yayılması ilə bağlı xəbərlər daha çox diqqət çəkib.

Metapnevmovirus körpələr, yaşlılar və immun sistemi zəif olan insanlar üçün xüsusilə təhlükəli ola bilən yoluxucu infeksiyadır. Onun əlamətlərinə burun axması, öskürək, qızdırma, nəfəs almaqda çətinlik daxildir. Metapnevmovirus hava damcıları ilə ötürülür.

Xatırladaq ki, daha əvvəl çinli həkimlər ölkədə kəskin respirator xəstəliklərin mövsümi artımını qeyd ediblər. Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinin məlumatına görə, əsas patogenlər qrip virusları və insan metapnevmovirusudur. Pekin Uşaq Xəstəxanasının baş həkimi Van Syuan keçirdiyi brifinqdə təsdiqləyib ki, uşaqlar arasında qrip və metapnevmovirusa yoluxma halları artmaqda davam edir.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun