Tibbi xəbərlər
ÜST: COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil
Tibbi xəbərlər
242

ÜST: COVID pandemiyasının səbəbini müəyyən etmək Çindən məlumat olmadan mümkün deyil

Çin, o cümlədən ehtimal edilən daha erkən yoluxma halları haqqında tam məlumat verənə qədər COVID-19-un mənşəyi aydın olmayacaq.

E-saglam.az xəbər verir ki, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Artıq dəfələrlə, o cümlədən yüksək səviyyəli Çin rəhbərlərinə dediyim kimi, Çinin əməkdaşlığı bu proses üçün son dərəcə vacibdir. Bura “Huanan” dəniz məhsulları bazarı, COVID-19-un ən erkən məlum və şübhəli halları, eləcə də Uhan laboratoriyalarında görülən işlər haqqında məlumatlar daxildir. Biz hələ də COVID-19 pandemiyasının necə başladığını bilmirik və təəssüf ki, onun mənşəyini aydınlaşdırmaq üçün işlər yarımçıq qalır”, - o bildirib.

Qebreyesusun sözlərinə görə, yeni təhlükəli patogenlər üzrə ekspertlərin elmi-məsləhət qrupu (SAGO) hazırda COVID-19 pandemiyasının necə başlamasının müstəqil qiymətləndirilməsini tamamlayır. O vurğulayıb ki, həqiqətin aşkarlanması üçün ÜST-yə üzv olan bütün dövlətlərin əməkdaşlığı, qarşılıqlı fəaliyyəti və şəffaflığı lazımdır.

Xatırladaq ki, COVID ilə bağlı qlobal fövqəladə sağlamlıq vəziyyəti 2020-ci ilin yanvar ayının sonundan 2023-cü ilin may ayının əvvəllərinə qədər qüvvədə olub. 2020-ci il martın 11-də ÜST COVID-19-u pandemiya kimi xarakterizə edib. Təşkilatın saytında dərc olunan son (18 avqust 2024-cü il tarixinə olan) məlumata görə, dünyada 776 007 137 koronavirusa yoluxma, 7 059 612 ölüm halı qeydə alınıb.(report)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun