Xəstəliklər
ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb
Xəstəliklər
170

ÜST: 2022-ci ilin əvvəlindən dünyada meymunçiçəyinə 92 min yoluxma aşkarlanıb

Cari ilin oktyabrında dünyada meymunçiçəyinə 660-dan çox yoluxma halı müəyyən edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər yoluxanların ümumi sayı 91,7 mini keçib, 167 nəfər ölüb.

E-saglam.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Yoluxmalar haqqında məlumatlar 116 ölkədən daxil olub.

"Oktyabrın 1-dən oktyabrın 31-dək dünyada 668 yeni yoluxma halı qeydə alınıb ki, bu da sentyabr ayı ilə müqayisədə 23% azdır. Oktyabr ayı ərzində ən çox yoluxma halları iki regionda - Qərbi Sakit okean (bütün infeksiyaların 30%-i) və Avropa (25%) aşkarlanıb. Oktyabrda 13 ölkə sentyabr ayı ilə müqayisədə yoluxma sayının artdığını bildirib", - məlumatda deyilir.

Oktyabrın 31-nə olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma ABŞ-da qeydə alınıb (30 771). Siyahlda sonrakı yerləri Braziliya (10 967), İspaniya (7 647), Fransa (4 161), Kolumbiya (4 090), Meksika (4 065), Böyük Britaniya (3 820), Peru (3 812), Almaniya (3 757) və Çin (1 935) tutur. Ümumilikdə yoluxmaların 81,7%-i bu ölkələrin payına düşür. Xəstəliyə yoluxanların böyük əksəriyyəti (96,3 %) 29-41 yaş arası kişilərdir./Report

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun