Uşaqlıq boynu xərçəngi uşaqlıq boynunun hüceyrələrində meydana gələn xərçəng növüdür. Hər il 250 min qadın uşaqlıq boynu xərçəngindən vəfat edir. Təxminən 10 il əvvələ qədər bu virusdan qorunmaq üçün heç bir vasitə yox idi. Ancaq araşdırmalar nəticəsində HPV infeksiyasından yəni uşaqlıq boynu xərçəngindən qorunmanın mövcud olduğu ortaya çıxdı.
Bu barədə E-saglam.az-a Məlhəm Beynəlxalq Hospitalın Cərrah Mama-Ginekoloqu, Uzman Dr. Ayşən Dövlətova məlumat verib. Həkimin mövzu ilə bağlı məqaləsini sizlərə təqdim edirik:
Uşaqlıq boynu xərçənginə daha çox cinsi yolla keçen infeksiya olan insan papilloma virusu(HPV) səbəb olur. Çox az insanlarda bu virus illərlə bədəndə qalır və uşaqlıq boynu hüceyrələrinin xərçəng hüceyrələrinə çevrilməsinə səbəb olur. Tarama testləri ilə erkən zamanda aşkarlama və HPV infeksiyasına qarşı peyvənd olunaraq uşaqlıq boynu xərçənginin inkişaf riskini azalda bilərsiniz.
Uşaqlıq boynu xərçənginin səbəbləri
Uşaqlıq xərçənginin bilinən ən önəmli səbəbi HPV infeksiyasıdır. HPV çox yayğın bir virusdur və bu virusa yoluxan insanların əksəriyyətində xərçəng heç inkişaf etmir. Bu o deməkdirki, ətrafınız və ya həyat tərziniz uşaqlıq boynu xərçənginin inkişaf edib-etməməsinə təsir edir. HPV virus ilə uşaqlıq boynundakı sağlam hüceyrələrin DNT-sində dəyişikliklər, mutasiyalar meydana gəlir. Sağlam hüceyrələr müəyyən bir sürətlə böyüyüb, çoxalır, müəyyən bir zamandan sonra isə ölür. Mutasiyaya uğramış hüceyrələr nəzarətsiz şəkildə böyüyür, çoxalır və ölmürlər. Yığılan anormal hüceyrələr kütlə (şiş) əmələ gətirir.
Risk faktorları
Uşaqlıq boynu xərçənginin risk faktorlarına bunlar daxildir
• Multipartynor ( Bir çox cinsi partnyorun olması). Cinsi partnyorların sayı nə qədər çox olarsa HPV-yə yoluxma şansınız bir o qədər çox olar.
• Erkən yaşda cinsi fəaliyyət. Erkən yaşda cinsi əlaqəyə girmək HPV-yə yoluxma riskini artırır.
• Cinsi yolla ötürülən digər infeksiyalar. Xlamidiya, qonoreya, sifilis və HİP/AİDS kimi cinsi yolla ötürülən infeksiya HPV riskini artırır.
• İmmun sisteminin zəifləməsi. İmmun sistemi zəiflərsə və sizdə HPV virusu aşkar edilərsə uşaqlıq boynu xərçənginə tutulma ehtimalı saha yüksək ola bilər.
• Siqaret çəkmək. Siqaret sküamoz hüceyrəli uşaqlıq boynu xərçənginə səbəb olur.
Uşaqlıq boynu xərçəngini simptomları
Uşaqlıq boynu xərçənginin erkən mərhələlərində heç simptom olmaya bilər. İnkişaf etmiş uşaqlıq xərçənginin əlamətləri və simptomplarına aşağıdakılar daxildir.
- Menapozdan sonra baş verən vaginal qanaxma
- Cinsi əlaqə zamanı yaxud da sonradan vaginal qanaxma
- Xoşagəlməz qoxusu olan sulu, qanlı vaginal axıntı
- Pelvik ağrı və cinsi əlaqə zamanı ağrı.
Uşaqlıq boynu xərçəngindən günümüzdə necə qorunaq?
Uşaqlıq boynu xərçəngi riskini azaltmaq artıq günümüzdə geniş tətbiq olunan HPV peyvəndi mövcddur. HPV uşaqlıq boynu xərçənginin demək olar ki, 99%-dən məsuldur. İlkin qorunma HPV üçün hazırlanmış qoruyucu (profilaktik) vaksinlərlə təmin edilir. Sözügedən peyvənd xüsusilə, HPV infeksiyasına qarşı qorunmağa başlayaraq uşaqlıq boynu və digər HPV ilə əlaqəli xərçəng və xərçəngönü halların nisbətini azaltmaq məqsədi daşıyır.
GARDASİL-9 peyvəndi cinsi yolla keçən HPV infeksiyalarından qorunmaq üçün istifadə edilən bir peyvənddir. Gardasil 9 peyvəndi 9 fərqli HPV növündən qoruyur. (Tip 6,11,16.18,31.33.45,52.58)
Bu növlər arasında HPV 16 və HPV 18 var ki, bunlar uşaqlıq boynu xərçənginin təxminən 90%-nə cavabdehdir. Həmçinin HPV 6 və HPV 11 genital ziyillər kimi digər növlər də daxil olmaqla müəyyən digər infeksiyaların qarşısını alır.
Gardasil 9 peyvəndi adətən 3 dozada tətbiq olunur. İlk doza, 2 ay sonra ikinci doza, 4 ay sonra üçüncü doza, toplam 6 ay içərisində 3 doza tamamlanmış olur.
9-45 yaş aralığında tətbiq olunması tövsiyə olunur.
Peyvənd edilmiş insanların əksəriyyətində peyvənddən sonra heç bir yan təsir müşahidə edilmir.
- Eyni zamanda 21 yaşından etibarən cinsi aktiv olan qadınlarda 25 yaşa qədər Pap-smear testi, 25 yaşından sonra isə həm Pap-smear, həm də HPV testini müəyyən aralıqlarla birlikdə etmək tövsiyə olunur. Aldığımız örnək nümunə patologiyaya göndərilir və nəticə neqativ gəldikdə xəstəni 3, hətta 5 il ərzində test etmədən izləyə bilərik.
- Təhlükəsiz cinsi əlaqə. Hər cinsi əlaqə zamanı prezervativdən istifadə edərək cinsi yolla ötürülən infeksiyaların qarşısını almaqla uşaqlıq boynu xərçəngini riskini azaltmaq
HPV peyvəndləri üzərində aparılan tədqiqatlar bütün dünyada uşaqlıq boynu xərçənginin aradan qaldırılması üçün ümidvericidir. Ancaq HPV-nin bəzi xüsusiyyətləri və peyvənd anlayışının hələ çox yeni olması problemləri hələ də gündəmdə saxlayır.
"Məlhəm" Beynəlxalq Hospitalı ilə əlaqə:
Çağrı mərkəzi: 803
Əlaqə nömrəsi: +994 51 201 71 01
Ünvan: C. Naxçıvanski küç. 433 Bakı, 1099, Baku, Azerbaijan
https://www.instagram.com/melhembeynelxalqhospital/?hl=en
Həkimlə əlaqə: 0514642474