Psixologiya
Uşaqların yalan söyləməsinin səbəbləri
Psixologiya

Uşaqların yalan söyləməsinin səbəbləri

Uşaqlar nə vaxtdan yalan və gerçək anlayışlarını ayırd etməyə başlayar?

Xəyalla gerçəyi ayırd edə bilməmək kimi səbəblərlə doğru olmayan şeylə-ri söyləmək, adətən, 3-7 yaş arasında oyun zamanı özünü göstərir. İstər oyun əsnasında olsun, istər olmasın, uşağın xəyal gücünü, doğru olmayan ifadələrini “yalan” adlandırmaq olmaz. Uşaqlar 7 yaşında mühakimə etməyə, 11 yaşda isə doğru ilə yanlışı ayırd etməyə başlayır.


Uşaqların yalan söyləməsinə səbəb nələrdir ?


Uşaqlar bir çox səbəblərdən yalan söyləyə bilərlər. Uşağın yalanı hansı və-ziyyətdə və kimə söylədiyinə diqqət edilməlidir. 7 yaşdan kiçik uşaqlarda xəyal məhsulu ola biləcək yalanlar ya da diqqət çəkmək üçün yalanlar ola bilər. Bu yaş qrupunda və bu vəziyyətlərdə “yalan” kəlməsini işlətmədən uşağa uyğun cümlələrlə doğru olanı başa salmaq lazımdır. 11 yaşdan sonrakı yalanlarda uşaqlar yalnız ana-atasına yalan danışırlarsa, hansı mövzuda danışdıqlarına fikir vermək lazımdır. Yalnız ana-ataya söylənilən yalanların altında çox vaxt onların verəcəyi reaksiyadan çəkinmək yatır.


Ailələr övladlarının yalan söylədiyini bildikdə nə etməlidirlər ?


İlk öncə uşağın hansı səbəblə yalan danışdığını öyrənmək lazımdır. Uşaq təkcə valideynlərinə yalan danışırsa, nə üçün onların verəcəyi reaksiyadan qorxur ? Bu, mütləq üzərində düşünülməsi lazım olan məsələdir. Yalan ortaya çıxanda aşırı və yanlış reaksiyalar, sözəl və ya fiziki şiddət kimi, yəni, yanlış davranışa yanlış cavab vermək həll deyil. Uşağın şəxsiyyəti deyil, davranışı hədəf alınmalıdır. Nəsihətin az, dinləmənin çox olduğu bir dialoq qurulmalıdır. Bunlara rəğmən davam edən yalanlarda bir mütəxəssis dəstəyi almaq vacibdir.


Valideynlərin söylədikləri ilə davranışları arasında uyğunluq olmalıdır. Onlar öz övladlarını bacı-qardaşı və ya başqa uşaqlarla müqayisə etməsələr yaxşıdır. Həmçinin ana-ata uşağı təhdid etməməlidir. Valideynlər öz yalan-larına uşaqlarını ortaq etməməlidirlər: 

"Etdiyimiz bu şeyi anana / atana de-məyəcəksən” və s. Əgər uşaq yalan danışırsa, valideyn olaraq, bunu bildiyimizi ona hiss etdirməliyik. Ana-ata uşağın yalan danışdığını aşkarladıqda ovçu kimi yalanını tutmağa çalışmamalıdır. Bu, uşağa güvənilmədiyini gös-tərir və uşaq “onsuz da mənə güvənmirlər” deyib yalanlarına davam edər. Ona kifayət qədər sevgi göstərilməlidir. Övladınızın yalan söylədiyini müəyyən etdiyinizdə onu bu vəziyyətlə üzləşdirib rəy bildirməyin. Yalanın hər növünə qarşı olduğunuzu sadəcə övladınızı xəbərdar edərək deyil, yaşayaraq, örnək olaraq göstərin.


Uşağın doğrunu söylədiyindən əmin olmaq üçün kontrol edilməlidir. Uşağa “dərslərin qurtardımı? ” - sualını vermək əvəzinə, “etdiyin tapşırıqları görmək istəyirəm.” deyin. Bu davranış həm kontrol ediləcəyi üçün tapşırıq-larını düzgün etməsinə yardımçı olar, həm də yalan danışmasını əngəlləyər. Həmçinin, uşaqlara tez-tez nə etdikləri ya da nə gördükləri anlatdırılmalı, müxtəlif bəhanələrlə davranışlarının səbəbləri soruşulmalıdır.


Uşaqları yalana yönəldən digər faktor isə qorxudur. Evdə oyun oynayarkən qonaq otağındakı bir suveniri sındıran uşağın “mən eləmədim.” deməsi əslində özünü qoruma ehtiyacındandır. Belə vəziyyətdə uşağa əsəbiləşmək yerinə, “gəl bir daha düşünək, ola bilər səhv xatırlayırsan.” deyərək onu yönləndirin. Hər kəsin zaman-zaman nələrisə qıra biləcəyini başa salın. “Sən yalan danışırsan.” deyə bağırmaq uşağın yalan danışmasını artırar.


Patoloji yalanlar : Heç bir qazancı olmadığı halda düşünülərək planlanmış yalanlardır. Daha çox yeniyetməlik dövrünün əvvəllərində müşahidə edilir və tədbir görülməzsə, həyat boyu davam edər. Bu cür yalanlar başqa davranış problemləri ilə birlikdə olur – məktəbdən və ya evdən qaçmaq kimi.


“Yalan yalanı gətirər” deyiblər. Çalışın ki, özünüz dürüst olasınız. Övladlarınız təkcə bu dürüstlüyü sizdə görsə, kifayətdir məncə. Nə yalana ehtiyac qalacaq, nə də bunun üçün geniş tədbirlər görməyə.”


Qaynaqlar : www.hamileportal.com
www.e-psikiyatri.com
www.aktuelpsikoloji.com
Tərcümə etdi : Əlizadə Türkan – ADPU ( Təhsildə sosial-psixoloji xidmət – IV kurs ).

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun