Qidalanma
Uşaqların immun sistemini artıran 6 məsləhət
Qidalanma

Uşaqların immun sistemini artıran 6 məsləhət

Uşaqların immun sistemini gücləndirən ilk qida ana südüdür.

E-saglam.az bildirir ki, dünyaya göz açan körpə nə qədər çox ana südü ilə qidalanarsa, bir o qədər də immuniteti yüksək olar. Ana südündən kəsildikdən sonrakı dövrlərdə ən azı 10 yaşına kimi uşağın qidalanması onun həyatında mühüm rol oynayır.

Sizlərə uşaqlarınınzın immunitetinin yüksək olması üçün lazım olan qidalar barədə məlumatlar vermək istəyirəm:

1. Uşağınızın immun sistemini gücləndirən meyvə və tərəvəzlərdən çox istifadə edin. Ən çox tərkibində D və C vitamini bol olan meyvə və tərəvəzlərdən istifadə edin. Bunlara ispanaq, kələm, portağal, kərəviz, brokkli kələmi, pazı, turp və s. aiddir.

2. Uşaqlarınıza Omeqa-3 yağı ilə zəngin qidalar yedirin. Bu qidalara dəniz məhsulları aiddir. Çalışın uşağınız ən azı həftədə 1 dəfə balıq əti yesin.

3. Uşağınızın orqanizminin müdafiə gücünü artırmaq istəyirsinizsə, ona A, C, E, D vitaminləri ilə zəngin təbii qidalar yedirin.

4. Uşağınızın qidasında narıncı və tünd yaşıl rəngdə olan meyvə-tərəvəzlərə üstünlük verin.

5. Uşağınızın C vitamini ilə qidalanmasına üstünlük verin. C vitamini orqanizm üçün gündəlik tələbat olan vitaminlərdən hesab edilir.

6. Uşağınızın sağlam böyüməsi üçün onun orqanizminin sink mineralına da ehtiyacı böyükdür. Sink mineralı dəri və saçların sağlamlığı üçün ən vacib olan minerallardam hesab edilir./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun