
Uşaqlarda qrip halları artdıqca, qızdırma səbəbilə xəstəxanalara müraciət edən ailələrin sayı da çoxalır. Mütəxəssislər bildirir ki, uşağın ümumi vəziyyəti yaxşıdırsa, əlavə sağlamlıq problemi yoxdursa, gecə saatlarında təcili yardıma getməyə ehtiyac olmaya bilər.

E-saglam.az xəbər verir ki, qızdırma 38 dərəcəni keçərsə, əvvəlcə qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər. Uşağın yemək yeyə bilməsi və ümumi vəziyyətinin stabil olması vacibdir. Təkcə qızdırma ciddi təhlükə yaratmadığı üçün ailələrin çaxnaşmaya düşməsinə ehtiyac yoxdur.
Bəzi hallarda təcili yardım tələb oluna bilər. Xüsusilə 1 yaşdan kiçik uşaqlarda qidalanma çətinliyi, huşsuzluq, epilepsiya və ya qızdırma tutmaları varsa, dərhal həkimə müraciət edilməlidir.
Əgər qızdırmadan başqa narahatedici simptomlar yoxdursa, gün ərzində poliklinikaya getmək daha məqsədəuyğun sayılır. Bu, təcili yardımlarda sıxlığın qarşısını almağa və daha effektiv müalicəyə imkan yaradır.
Tərcümə: Könül Oruc