Sağlamlıq
Həkim yuxunun
Sağlamlıq
89

Həkim yuxunun əsas düşmənini açıqladı

Həkim Xavyer Albarez yuxu keyfiyyətinə mənfi təsir edən əsas amillərdən birinin nizamsız yuxu rejimi olduğunu bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yatmaq və oyanmaq vaxtlarının hər gün dəyişməsi orqanizmin bioloji saatını poza bilər. Albarez bildirib ki, beyin sabit və ardıcıl siqnallar aldıqda daha yaxşı işləyir.

Həkim xüsusilə həftə sonlarında yuxu rejiminin dəyişdirilməsinin və səyahətlər zamanı fərqli saatlarda yatıb-durmağın sirkadiyan ritmə mənfi təsir göstərə biləcəyini qeyd edib. Bu isə gün ərzində yorğunluq, diqqətin azalması və iş qabiliyyətinin aşağı düşməsi ilə nəticələnə bilər.

Albarez yuxu problemlərinə səbəb ola biləcək digər amillər arasında stressi, gec saatlarda çox yeməyi, spirtli içki qəbulunu və axşam saatlarında uzun müddət ekran qarşısında olmağı da göstərib.

Həkim yaxşı yuxu üçün əsas addımlardan birinin hər gün mümkün qədər eyni saatlarda yatmaq və oyanmaq olduğunu vurğulayıb. Bu, orqanizmin yuxu rejiminin daha sabit formalaşmasına kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun